Furqan surəsində keçən Rəhmanın xas qullarının xüsusiyyətləri (4-cü hissə)

“Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər.” Furqan/71
Bu ayə  bir əvvəlki ayəylə eyni xüsusiyətləri daşıyır.
“O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz);” Furqan/72
Yalan yerə şahitlik etmədikləri kimi yalan söylənən və yalanın olduğu yerlərdə də durmazlar. Yalan söyləmək haramdır. Ayrıca yalana şahitlik etmək iki qat çirkin bir haldır və ən böyük günahlardan sayılmışdır. Cənabı Haqq :
“Yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin.” Həcc/30
buyurmuşdur. Bir başqa ayədə: 
“Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər ağzınızı əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!” Nisə/135
Yalan yerə şahitliyi İmam Ebu Hanifə yalancı şahidin küçələrdə təşhir ediləcəyi, Ebu Yusif və Məhəmməd isə dayaq və həps cəzası ilə cəzalandırılacaqlarını söyləyərlər.
“ Boş sözələ rastlaşdıqları zaman.” ‘ Lağıv’ faydasız və ya zərərli olduğundan tərk edilib ortadan qaldırılması bir vəzifə olan gərəksiz şeylər deməkdir. Bəziləri, qulluq olmayan şeylər deyə təfsir etmişdilər. Yəni faydasız işlərə girməzlər, fəqət olar da  yolları düşər, yalana rast gələrlərsə, qürurlu bir şəkildə oradan keçib gedərlər.
“Boş, mənasız və çirkin sözlərə məruz qaldıqlarında eyniylə müqabilədən uzaq durur və o sözləri sərf edənlərə belə deyərlər: 
“Onlar boş (yersiz) bir söz eşitdikləri zaman ondan üz çevirib: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz əməlinə cavabdehdir). Sizə salam olsun! (Salamat qalın. Bizimki bizdə, sizinki də sizdə!) Biz cahilləri (cahillərlə yoldaşlıq etmək, onların söz-söhbətinə qulaq asmaq, sonra da onlarla çənə-boğaz olmaq) istəmirik!" - deyirlər.” Qasas/55
İmamı Qəzzali  İhyau Ulumiddin də belə buyurur: 
İnsana danışma qabiliyətini verən beləliklə də onu digər varlıqlardan üstün hala gətirən Allah Təala, qəlbdəki və ağıldakı mənaya dili tərcümə etmişdir. Dil, Uca Yaradıcının ən böyük nemətlərindən və xarqüladə sənətinin incəliklərindəndir. Dilin özü kiçik, ibadəti və ya üsyanı  böyükdür. Əfəndimiz ( səv) belə buyurmuşdur; “ Heç bir faydası olmayan şeyləri tərk etmək, kişinin Müslümanlığının gözəlliyindəndir.
“O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz (əksinə, onlara canı dildən qulaq asar);” Furqan/73
Başqa bir ayədə Uca Allah ( cc) ı belə buyurur; 
“Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.” Ənfal/2
Bu ayədə keçən xüsusiyyətlər Möminin sifətlərindəndir. Onların halı kafirlərin halının tərsidir. Kafir Allahın salamını eşitdiyi zaman bu, onda heç bir iz buraxmaz və içində olduğu vəziyyəti qoyub ondan imtina etmək yerinə, əksinə küfrü, azqınlığı, bilgisizliyi və sapqınlığında davam edərək qalır.
Hz. Mövlana: 
“ Baxmağı əksik, görməyi qıt olan yarasanın gözləri, günəşin ışıqlarını da görməz.”
 Yarasalar, sadəcə şam ışığını deyil, ən böyük günəş ışığını da görməz. Eyni şəkildə insan qafil olunca özünü var edən, yaşadan Allahdan xəbərsiz olunca böyük bir hüsran içində olmuş olur. Belə insan, Haqqa götürəcək min bir vasitəyə qarşı da kar və kor qalır. Ariflərdən biri belə buyurur:
 “ Bu Cahan ağıl sahibləri üçün ilahi sənətin tayı bərabəri olmayan gözəlliklərini ibrət nəzəriylə tamaşa, axmaqlar üçünsə yemək ilə şəhvətdən ibarətdir.” Bəsirətli insan, gözləri görməsə də, yenə də müəzzəm Günəşi onun yandırıcı istiliyi səbəbiylə görür kimi anlayar. Hər varlığı görə bilməmiz mümkün deyilsə də, ən azından hiss etməmiz mümkündür. Eyni görmədiyimiz ağıl və ruhu hiss etdiyimiz və inkara qalxmadığımız kimi. Rəbbinin ayətləri özü anıldığı halda sanki heç eşitməmiş kimi kor və kar halda içində olduğu vəziyyəti davam edən kafirin tərsinə “ Onlar, Rəblərinin ayələrinə qarşı kor və kar davranmazlar.” Həsən əl-Bəsri deyər ki:
 Neçələri vardır ki, Allahın ayələrini oxuduqları halda onlara qarşı kor və kardılar.
Onlar, belə niyaz edərlər: 
Və o kəslər ki: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! - deyərlər” Furqan/74
Rəhmanın xas qullarının bu diləyi ailə və övlad tərbiyəsinə verilən dəyəri gösdərir. Millətlər, saleh kişilərə salehə xanımlarla abad olur. Bundan ötrü dinin, vətənini və millətin salamatı, ancaq xeyirli nəsillər yetişdirməyə bağlıdır. Cəmiyyətlərdə kişisiz irəlləmə olmayacağı kimi qadınsız bir irəlləmədən də söz edilməz. Qadın, kamalıyla cəmiyyəti ucaldır. Qadın və  kişi bir birini tamamlayan iki əngin aləm kimidir. Bu ifadə, bu gerçəyi dilə gətirməkdədir: 
“ Bir kəsi tərbiyə etsəniz bir insanı yetişdirmiş olursunuz. 
Bir qadını tərbiyə edin, bir ailəni, hətta cəmiyətin böyük bir bölümünü yetiştirmiş olursunuz.” 
Mömünün təqvadan sonra sahib ola biləcəyi ən xeyirli nemət, salehə bir xanımdır. Allah Rəsuluna Cənabı Haqq tərəfindən sevdirilmiş olan, dünyaya aid üç şeydən biridir. Ümumiyətlə Peyğəmbərlərin, evliyaullahın və cəngavərlərin arxasında daima salehə bir xanım vardır. Bu xanım, əfəndisinin hər zaman ən böyük köməkçisi və övladlarının fəzilət timsalı bir müəllimidir. Əfəndimiz ( sav) buyururlar ki; “ Dünya keçici bir faydadan ibarətdir. Onun fayda verən ən xeyrli varlığı, dindar, salehə bir qadındır.” 
Bir qadın, mürşidi kamil həssasiyəti, ləyaqəti və incəliyində bir təhsil və irşad ilə nəsli yetişdirmək məcburiyətindədir. Bunun üçün bir ananın iki böyük vəzifəsi vardır: 
Biri yetişəçək olanları, veriləcək tərbiyəyə  təslim ilə razı salmaq. 
İkincisi də, bu tərbiyəni mahir bir surətlə gərçəkləşdirmək. Güclü cəmiyyətlər, güclü ailələrdən meydana gəlir. Güclü ailələr isə daha ziyadə mənəvi təhsil görmüş; yəni nəfs maneəsini aşmış, fəzilətli anaların əsəridir. Bunun ən böyük nümunələri, xanım səhabələrdir. Onlar uşaqlarına canlarıyla mallarıyla fədakarlıq etməyi öyrətmişlər. Balalarının könüllərini, Rəsulüllah Əfəndimizin  söhbətiylə yoğurmuşlar. Rəhmann xas qulları bizi təqva sahiblərinə öndər qıl, dedilər. Təqva sahibləri; Allahın qorumasıyla, cəhənnəm əzabından qorunan xoşbəxt kimsələrdir. Rəhmanın xas qulları yalnız müttəqi olmaq deyil, mütəqqilərin öndəri olmaq arzusu içindədirlər. Rəhmanın qullarının ruhlarındakı böyüklüyü göstərən bu duanın içində olduğu iman nə yüksək, nə toplayıcıdır!
Şərh əlavə et

Şərh yaz