Furqan surəsində keçən Rəhmanın xas qullarının xüsusiyyətləri (3-cü hissə)

“Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar.” (Furqan/69) 
Bu ayə bizə cəhənnəm əzabını və cəhənnəmdə əbədi qalmağı anladır. Başqa bir ayədə:
“Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir” (Nisə/56) 
Abdullah b. Amrdan rəvayətə görə: ”Kim də bunları ( yəni, şirk, zina və cinayət) edərsə günaha girmiş olur və cəzalandırılır. Cəhənnəmdə bir dərədir.” İkrimə deyir ki: “Cəhənnəmdə zina edənlərin əzab olunacağı dərələrdir." Hz. Loğman Hakim belə deyir:
“Ey oğullarım, zinadan uzaq durun, zira onun başlanğıcı qorxu, sonu isə peşmanlıqdır.” Əzab o günahları işləyənlərin üzərinə təkrarlanıb ağırlaşdırılır və orada alçaldılaraq həqir və zəlil bir halda təməlli buraxılır.
“Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirir. Allah bağışlayandır, rəhm edəndir!“ (Furqan/70) 
Bu ayədə üç xüsus ələ alınmışdır. Tövbə etmək, iman etmək və saleh əməl işləmək. Cənabı Haqq insan oğlunu doğuşdan  xeyrə daha çox meyilli olaraq xəlq etmişdir. Ancaq insan doğulduğu andan etibarən yaxın və uzaq əhatəsi onun formalaşmasına təsir edir. Övladlar, təmiz fıtrətlərləriylə və uzaq əhatəsi onun şəkillənməsinə təsir edər. Övladlar, təmiz fıtrətləriylə ana-ataya təslim edilən, ilahi əmanətlərdir. Hər insanın iç dünyasında müsbət və mənfi təmayüllər bir arada toplanarkən, insanın doğuşdan xeyrə daha çox meyilli olması çox hikmətlidir. Bu xüsusiyyət ilk növbədə Allahu Təalanın rəhmətinin qəzəbini keçməsinin qulları üzərindəki bir təsəllisidir. Günahlar cənnət qadağalarıdır. İnsan bu xətalarını artırdıqca cənnətə girmə imkanı da daralmış olur. Bu üzdən xətalardan imtina edilərək, yeni və gözəl saleh əməllər işləyərək Cənnətə doğru addımlanacaq. Mövsüm gənclik dövrüdür. İnsanın pis alışqanlıqlara meyl etməsində əhatəsinin çox böyük bir rolu vardır. İnsanlar olduqları ortama görə şəkil alırlar. İmam Qəzalı deyir ki, ”Qafillərlə zehni yaxınlıq, zaman içində qəlbi ünsiyətə dönər. Bu da insanın həlakına səbəb olur.”
İlk olaraq edilən xətaların fərqinə varılmalıdır. Abdullah b. Məsud (r.a) bir Möminin günah qarşısındakı sıxıntısını belə ifadə etmişdir: ”Mömin, günahı belə görür. O, sanki üzərinə hər an düşmə təhlükəsi olan bir dağın dibində oturmaqdadır. Dağ üzərimə düşər mi? deyə qorxub durur. Fəcir isə, günahı burnunun üzərindən keçən bir milçək kimi görür.”( Buxari)
İkinci olaraq xətalardan ötəri peşmanlıq duyulmalıdır. Sadəcə dil ilə tövbə etmək və ya peşman olmaq yetərli olmaz. Səmimi və bir daha etməmək üzərə dərin bir peşmanlıqla tövbə edilməsi lazımdır. Ayrıca Allah nəzərində tövbəkar sayılmaq üçün,  tövbə edərkən Allahın rızası xaricində, mal və səhhət narahatlığı kimi dünyəvi bir qayə güdülməməlidir. Sadəcə insanların dedi-qodusu və eyiblənməsindən uzaq duraraq, günah işləməyi tərk etmək, nəticə etibariylə xeyir olsa belə, Allahın rızasını qazandırmağa yetməyə bilər. 
Üçüncü olaraq, edilən xəta və günaha geri dönməyi, atəşə atılacaqmış kimi çirkin və iyrənc görmək gərəkdir. Bir daha o günaha itə biləcək vasitələrə belə yaxınlaşmamalıdır. Tövbə və istiğfar etmək üçün illa günah işləmək şərt deyil. Əfəndimiz ( səv) ” Ey insanlar! Rəbbinizə tövbə edin, Allaha and içirəm ki, mən, Rəbbim Təbərakə və Təala Həzrətlərinə gündə yüz dəfə tövbə, edirəm.”
Son olaraq Allah Təalanın tövbə qapısının hər kəsə, hər an və hər günah üçün açıq olduğunu unutmamaq lazımdır. Lakin tövbənin şərtlərinə də diqqət edilməlidir. Tövbə və istiğfar üçün, Allahın rəhmətinin coşduğu vaxtlar olan səhərləri qənimət bilməlidir. 
Ayədə "Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər.
Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar”. (Zəriyət/17-18) 
Digər bir xüsus iman etməkdir. İman, dil ilə iqrarla birlikdə zehinlə deyil, qəlb ilə təsdiq olaraq tərif edilmişdir. Qəlb ilə təsdiq, özünü davranışlarda, yəni saleh əməllərdə göstərir. İman, bir məhəbbətdir. Məhəbbətin ölçüsü, fədakarlıqdır. İmandakı səmimiyət, Allah yolundakı fədakarlıq nisbətindədir. Hər kəsin iman səviyəsini göstərən güzgü, etmiş olduğu işlərdir. Sadəcə sözdə qalan söz çoxluğu deyil... Bu səbəblə Ziya Paşa:
“Güzgüsü işdir insanın, sözə baxılmaz, görünür rütbeyi ağlı əsərində.” demişdir.
 Saleh əməl, insanı Allah qatında dəyərli qılacaq olan əməllərdir. İxlas və səmimiyətimiz yəni, o işləri sadəcə Allah rızasını qazanmaq niyətiylə etmiş olmamızdadır.
Kehf surəsinin 110-cu ayəsində “...Artıq kim Rəbbisiylə  görüşəcəyini umur və gözləyirsə, doğru, yerində, sağlam və ıslaha dönük işlər etsin və Rəbbinə ibadətdə heç bir şeyi Ona ortaq qoşmasın.” buyurur. Səlim b. Abdullah ( r.a) buyurur;” Allah Təalanın quluna köməyi, qulun niyəti qədərdir. Kimin niyəti tam olursa, Allahın ona köməyidə tam olur. Niyəti nə qədər azalırsa, Allahın köməyi də o qədər azalır.” Abdullah b. Mübarək buyurur; “ Necə kiçik əməllər vardır ki, niyət onları böyüdür. Necə böyük görünən əməllər vardır ki, niyətlər onları kiçildir.” 
 Bu ayədə Uca Allah bir əvvəlki ayədə cəhənnəm əzabını və o əzabın əbədiliyini anlatdıqdan sonra bu əzabdan uzaq olacaqların vəsflərini saydı. Tövbə edən, iman edib və bu imanlarını ayaqda tuta bilmək üçün Rəhmanın xas qullarının saleh əməl işlədiklərini və etdikləri xətaları savablara çevirdiyini bizlərə bildirir və daha sonra Qafur və Rəhim sifətlərini biz qullarına bildirir.
Şərh əlavə et

Şərh yaz