Furqan surəsində keçən Rəhmanın xas qullarının xüsusiyyətləri (2-hissə)

 “...Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!" (Furqan/66) 
Həqiqətən o cəhənnəm nə pis bir gediləcək yer və nə pis kontakt! Müstəkar, mukam, iqamətgah deməkdir. İkisi də durulan yer demək olduğuna görə birbirindən ayırmaq çətindir. Müstəkar ( istiqrarlı ) asilərə, mukan kafirlərə görə deyilmiş sə də bu məna cənnətlə cərəyan etməyəcəyindən müstəkar sözünü, oturma yeri içindəki özəl yer olaraq düşünmək daha uyğundur. Məsələn, bir kənd yaşamaq yerdirsə, müstəkar ondakı bir otaq kimidir. İçi, çölü, bütün əhatəsi pis deməkdir. 
“...Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.” (Furqan/67) 
İsraf hər hansı bir şeydə həddini aşmaqdır. İnfaq da, israf da, harcama da həddini aşmaqdır. Məsrəf ya bir zərurət və ya bir ehtiyac və ya bir gözəllik üçün edilir. Zəruri olan məsrəf edilməyincə yaşamaq mümkün olmaz. Məsələn, ölməyəcək qədər yemək bir zərurətdir. Ehtiyac duyulan məsrəf edilməzsə, çətinlik çəkilir. Doyacaq qədər yemək ehtiyacdır…
Bir Müəlman şəri məsuliyətlərini yerinə yetirdikdən sonra istədiyi qədər harama yönəlmə azadlığına sahib deyildir. Bir Mömin dünya həyatındakı yaşamın nasları (Quran və hədis hökümləri )çərçivəsi içində hürdür. Naslardan kənara çıxdığı zaman, nəfsani arzularının əsiri olur. Mömün nə qədər çox qazanırsa qazansın, özü üçün kifayyət qədərilə yetinib geri qalanı axirət sərmayəsi qılabilmənin cəhdi içində olmalıdır. Ehtiyacdan artıq xərcləmək israf, hər şeyi öz nəfsinə həsr etmək də cimrilikdir. Cənabı Haqq, bu iki mənfi haldan da qurtularaq bərabər bir mərdliyi əmr edir. Qurani Kərimdə belə buyurulur:
“... (Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür"! (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: "Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!" Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz.” (Bəqərə/219) 
 Əfəndimiz ( s.ə.v) “ İsrafa və qürura yol vermədən yeyin, için, geyinin, sədəqə verin. 
Hz. Əli belə buyurur: 
"Zənginlər israf etdiyi ölçüdə, cəmiyyətdə insanlar ac qalır.”
“ Canının istədiyi və arzu etdiyi hər şeyi yemək, şübhəsiz israfdır.”
İslam istədiyin kimi qazan, istədiyin kimi xərclə! şəklində bir anlayışı əsla qəbul etməz. Müsəlman dünyanın gedişatından məsuldur. Səhabə bu məsuliyəti yerinə gətirmək üçün bütün imkanlarını səfərbər edib, Çinə, Səmərqəndə, Afrikayaə dünyanın hər nöqtəsinə qədər getdi. Rəhmanın qulları faydasız, xeyirsiz yerə sərf etməzlər, haqqını da qısmazlar, ikisi arasında dəngəli olurlar. Demək iqtisadiyyat deyilən də budur.
 “...Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kim bunu (bu işləri) etsə, cəzasını çəkər.” (Furqan/68)
Şirk, cinayət, zina kimi üç böyük günah din, mədəniyyət və insanlıq naminə işlənib duran cinayətlərdən olduğu üçün, burada xüsusilə bunlardan çəkinmək zikr edilmişdir.
Bir qula yaraşan, Allahın, zaman və məkan baxımından hər an hazır və nazir olduğunu düşünüb, Onun hüzurunda Ondan başqasının təvəccühünü aramamasıdır. Onun hüzurunda başqalarına baxmaq, mədət axtarmaq, o hüzurun ədəbinə müxalifdir. İxlasın əksi şirkdir. İxlas üluhiyyət və rübubiyyət sifətlərini sadəcə onların həqiqi sahibi olan Allaha təslim etməkdir. Şirk isə bu rübubiyyət və üluhiyyətə başqa ortaqlar qoşmaqdadır. İxlas, yalnızca Allahın rızasını qayə edilməsini labüdlüyünün ifadəsidir, şirk isə riya, mənfəət kimi görüntülər altında başqalarının rızasını gedməkdir. 
Şirk, iman etmiş bir insanın qarşısındakı ən təhlükəli haldır. Küfrə, üsyana, inkara uzanan bütün yollar şirk dayanacağından başlayır. Şirkdən uzaq olmanın və bu səbəbdən ixlasa yaxınlaşmanın yeganə yolu, hər şeyə ‘Əhəd’ adının durbiniylə baxmaqdan keçər.
Zina, böyük günahlardandır. İslamda və əvvəlki  bütün səmavi dinlərdə haram və çox çirkin bir fel olaraq qəbul edilərək onlar üçün çox ağır cəzalar nəzərdə tutulmuşdur. İslam, Müsəlmanların iffət və namuslarını qorumalarını əmr etmiş qadın və kişinin nigah xaricində bərabərliyi, sərbəst əlaqə və birləşmələrə icazə verməmişdir. Qadın və kişi bərabərliyində əsas olan, iffət və namusun qorunmasıdır və bunun ən uyğun yolu da evlənməkdir. Kitabı-Müqəddəsdə də zina qadağan olunmaqla qalmamış, zinaya götürən yollardan uzaq durulması bu şəkildə ifadə edilmişdir. "Zina etməyəcəksən!" deyildiyini eşitdiniz. Ama mən sizə deyirəm ki, bir qadına şəhvətlə baxan hər adam, ürəyində o qadınla zina etmiş olur. Əgər sağ gözün günah işləmənə səbəb olursa, onu çıxart at. Çünki bədəninin bir əzasının yox olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. ( Matta, 5;27-30; Markos, Romalılar)
Adam öldürmək: İslam, haqsız yerə bir insanı öldürməyi,  həyatının müqəddəsliyini vurğulayaraq ən mükəmməl bir şəkildə bəyan etmişdir:
“...Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə, (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq möcüzələr gətirmişdilər. Bundan (bu möcüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar.” (Bəqərə/32) 
Qurani Kərim, bir başqa ayədə, qəsdən insan öldürənə başqa heç bir günahda ifadə edilməyən çox şiddətli, insanı ürpərdən bir təhdit etmişdir:
“...Hər kəs bir mö’min şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər (axirətdə) onun üçün böyük əzab hazırlayar!” (Nisa/93) 
Rəhmanın xas qulları, Allahın haram buyurduğu möhtərəm qıldığı canı almazlar. Allah üçün söz verilmiş olan hər hansı bir nəfsi ki, əman diləyib sığınan kimsə dahi buna daxildir. Bu səbəbdən bir andı olmayan savaş halındaklardan başqasının qanının axıdılması qadağandır.
“...Cəzası içində davamlı qalmaq üzərə cəhənnəmdir” ifadəsi, Əhli-sünnət alimləri tərəfindən “uzun zaman qalmaq üzərə” şəklində təqdim edilmiş, belə anlaşılmışdır. Çünki bir çox ayə və hədisdə bir kimsə İslamdan çıxıb inkara girmədikcə nə qədər böyük bir günah işlərə, işləsin cəzasını çəkdikdən sonra cəhənnəmdən çıxacağı və cənnətə girəcəyi ifadə edilməkdədir (Məsələn, Nisə 4/48). Buna qarşılıq, böyük günah işləyənlərin kafir olub cəhənnəmdə əbədi qalacaqlarını irəli sürən xaricilərlə bunların imandan çıxacaqlarını, fəqət küfrə də girməyəcəklərini, bununla bərabər cəhənnəmdə davamlı qalacaqlarını iddia edən Mutezilə (Müsəlman olmaqla yanaşı qədəri yadırğayaraq, qul, etdiklərini özü yaradır deyən və Tanrının sifətləri mövzusunda sünnət əhli kimi düşünməyənlərin fəlsəfəsi) bu ayənin zahirinə dayanmışlardır.
 Böyük günah işləyənlərin tövbələrinin qəbul ediləcəyi inancı bu üç qrup tərəfindən paylaşılırkən başda İbn Abbas olmaq üzərə bir neçə alim, haqsız olaraq adam öldürən kimsənin tövbəsinin qəbul edilməyəcəyinə qane olmuşlar. Mövzumuz olan ayənin, küfür daxil hər günahın tövbəsinin məqbul olacağını ifadə edən nasları nəsih ( hökümsüz buraxma )və ya təhsis etdiyini (bu ağır cinayəti işləyənləri çöldə bıraxdığını) irəli sürmüşdülər (Buxari, “Təfsir”, 4/16). İslam alimlərinin çoxu qəbul etmiş olan bir qanuna görə üsuluna uyğun təvil və şərh yoluyla da olsa bir ayənin hökmünün etibarlılığının qoruduğunu qəbul etmək, hökmünün qaldırılmış və ya sınırlandırılmış olduğunu (nəsih və ya təhsis edildiyini) irəli sürməkdən əvvəl gəlir. Bir çox ayə və hədisdə yalnızca küfr/şirk istisna edilərək (Məsələn, Nisə 4/48, 116) geri qalan günahların tövbə ilə ortadan qalxacağı, silinəcəyi ifadə edilməkdədir. Bu halda üzərində durduğumuz, bunlarla ziddiyyət təşkil edər kimi görünən ayəni də “tövbə etmədiyi təqdirdə” və ya “cəzalandırıldığı təqdirdə” şəklində anlayaraq diğərləriylə bütünləşdirmək mümkündür. 
 Qəsdən adam öldürən kimsələrə tətbiq olunacaq dünya cəzası qisasdır. Maktulün ailəsinin tamamı və ya bir qismi qisasdan imtina edər yaxut təzminat qarşılığında sülhə razı olurlarsa qisas cəzası düşər və diyet dövrəyə girər. Qəsdən öldürmə günahında diyeti, qatilin âiləsi deyil  özü ödəyər (Məsələn, Bəqərə/2/178-179).
Şərh əlavə et

Şərh yaz