Furqan sürəsində keçən Rəhmanın xas qullarının xüsusiyyətləri (1-ci hissə)

Məkkə dövründə endi, yetmiş yeddi ayədir, nüzul səbəbi kafirlərin ilahlıq və peyğəmbərlik mövzusundakı küfür və inadçılıqları olduğu, içindəkilərdən aydın görünməkdədir…
“Rəhmanın (ə.s) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. “ (Furqan/63) 
Bu ayədə xas qulları deyə söz keçir. Bu xas qulları kamil Möminlərdir. Kamil bir Mömin könül insanıdır. Mərhəmət, şəfqət və təvazö (mərd, mütəvazi) onun könül toxumasının ən diqqətə çarpan xüsusiyyətidir. Rəhmanın qulları, elə kimsələrdir ki, əvvəl gedişləri, yer üzündə duruşları və hərəkət tərzləri mülayimdir. Zorba, məğrur, qürurlu, hörmətsiz, kobud və kobudluqla deyil. Sükunət və təmkin ilə alçaqkönüllü bir şəkildə tərbiyəli, naif və yumuşaq dururlar. Ətraflarını sıxıntıya salmazlar, əzab verməzlər, səndələyər kimi getməzlər, hesablı, hörmətli, mərhəmət rəftarlarıyla, güvən və rahatlıq bəxş edərək gedərlər. Cahillər, yəni özünü bilməzlər. Ədəbsiz güruh (dəyərsiz) söz atdığı zaman özlərinə salam deyərlər. Cahil kimsənin şüur və idrakı yoxdur. Özlərinə anladılan yüksək həqiqətlərə kar və kor haldadırlar. Hətta təhqiredici rəftarlar içinə girərək həm özünü, həm də həmsöhbətini həlakın eşiyinə gətirə bilirlər. Bunun üçün onlara qarşı bəzən ən gözəl yol, sükutdur, ya da qövli leylə, yəni yumuşaqlıqla müqabilə etməkdir… 
Hz. Əli ( r.a), buyurur: ” Alçaqca söylənən bir sözə qarşılıq verim deməyin! Çünki o sözün sahibində onun kimi daha neçə səviyəsiz sözlər vardır, cavabınıza yenə onlarla müqabilə edərlər.” Cənabı Haqq, bizə cahillər qarşısında salamat yolunu tutmamızı istəyir. Demək Rəhmanın o xas qulları salamatla nəticələnəcək sözlər söyləməsi yaxud salamatla deyərlər, onlara çatmaya tənəzzül etməzlər, təhammül də edərlər… Təbii cəhalət ən böyük üç düşmənimizdən birisidir, digəri təfriqə ( ayrılıq ) və üçüncüsü də kasıbçılıqdır. Xüsusilə, cəhalət düşmənimizə qarşı qalib olmaq isdəyiriksə, çox xüsusi texnikalsri öyrənmək və ona görə meydana çıxmaq gərəkdir ki, məğlubiyətlər yaşamayaq. Həmsöhbətimiz olan cahil insanları çox yaxşı tanımalı və onun ürəyinə girmə yollarını tapmalı, o qaranlıq ruhu, ürəyi, vicdanı aydınlatmalı. Yoxsa adamı qaranlıqda buraxarsaq qaranlıq, qaranlığı doğurur və bizi də sarmış hala gəlir… Onun üçün qaranlıq ürəkləri iman nuruyla aydınladan iki cahan sərvər, Hz. Məhəmməd (s.ə.v) i çox yaxşı tanımalıyıq…
“Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.” (Furqan/64) 
Rəhmanın xas qullarının bir digər xüsusiyəti gecələri əhyə etmələridir. Cənabı Haqqın gecəyə verdiyi qiymət və onun içinə yerləşdirdiyi sirlər sayısızdır. Bir başqa ayədə:
“Gecəyə və (gecənin) qoynuna aldıqlarına,” (İnşiqaq/17) şəklində and  buyurmasındakı sirr, idrakımıza və könlümüzə neçə həqiqətləri seyr etdirmək üçün açılan ilahi bir pəncərədir. Kamil Möminlər üçün gecələr içindəki sükunət və feyz səbəbindən müstəsna bir qənimətdir. Gecə vaxtı hər şey sükuta ərdiyində, qul, dünyəvi məşğuliyyətlərin dağınıqlığından qurtulur və Haqqa doğru yolculuğa yönəlir. Bu etibarla vəhdət və vüslata çatmaq istəyənlər üçün bu vaxtlar, tapılmaz fürsət dəmləridir. Gecə namazı və təmbihatı, ( xəbərdarlıq ) Allah ( cc)ı ilə görüşüb sohbət etmə zamanıdır. Səhərlər, feyz və ruhaniyətini bütün bir günə daşınacaq bir həyəcan içində əhyə edilməlidir. Hər kəs yatarkən oyanıq olmaq, Allah ( cc) nın rəhmət iqliminə girmək, Allah ( cc) nın söhbət və mərhəmət məclisinə daxil olan müstəsna qullarından olmaq deməkdir. Əgər bir Mömin, gəcəni qayəli istifadə edə bilir və zikrin ruhaniyətindən nəsibini ala bilirsə, gecəsi gündüzündən daha aydınlıq olur, gecəsi aydın olanın gündüzü aydın olmazmı həqiqətini xatırladır... 
Lakin qayəsiz və yuxuya məhkum bir gecə isə: daşa, yerində sayılmış, təlafisi çətin bir itgidir. Hədisi Şərifdə “ Gecədə bir saat vardır ki, Allahdan dünya və ya axirətlə əlaqəli bir xeyir tələb edən bir Müsəlman o saata rast gələrsə, Allah istədiyi şeyi ona mütləq verər. Bu saat, hər gecədə vardır.” ( Müslüm) Həsən Bəsri Həzrətlərindən soruşdular: “Gecə namazı qılanların üzləri nə üçün gözəl və nurlu olur?” Belə buyurdu: “ Çünkü onlar, Rəhman ilə başa-başa qalıblar...” 
Bir başqa hədisdə də “ Fərzlərdən sonra ən fəzilətli namaz, gecə qalxaraq qılınan namazdır.”
“ Cəbrail ( ƏS) gəldi və belə dedi: “ Heç şübhə yoxdur ki, Möminin şərəfi təhəccüt namazındadır.” Bir adam İbrahim bin Ethəm Həzrətlərinə: “ Gecə ibadətinə qalxammıram, mənə bir çarə öyrət.” deyincə İbrahim bin Ethəm Həzrətləri ona bu cavabı verir: “ Gündüz Onun hüzurunda olmaq, uca bir şərəfdir. Günahkarlar bu şərəfi haqq etməzlər!” Rəhmanın xas qulları, gecə evlerinə, yataqlarına çəkildikləri zaman gedişatları bu olur. Rəbləri üçün xalisanə namaz qılarlar. Yatmaları və qalxmaları  Allah üçün olur…
“(İbadet anında olsun, başqa zamanlarda olsun), “Rəbbimiz,” deyə dua edərlər: 
“Və belə deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir!” (Furqan/65) 
Bu ayədə Rəhmanın xas qullarının duasını görürük. Dua qəlbdə Allaha açılan ən uca qapının açarıdır. Dua təkrarlandıqça Möminin ruhuna nəqş olur, şəxsiyətinə qarışıb onun bir xüsusiyəti halına gəlir. Cənabı Haqq buyurur:” De ki: 
“(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: "Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!" (Furqan/77) 
Mövlana (k.s)  buyurur : “ Nədamət atəşiylə dolu bir könüllə və nəmli gözlərlə dua və tövbə et! Zira çiçəklər, günəşli və yaş yerlərdə açar!” 
Duanı sadəcə dillə ifadə etmək yetərli deyildir. Dualar hafv və reca duyğularıyla etməyə cəhd edilməlidir. Havf ərbabı bəzən sızlar, bəzən ağlar və göz yaşlarını ceyhun edərək gündə bir neçə dəfə, xüsusilə də tənhalıq zamanlarında göz yaşlarıyla ‘büt" atəşlərini söndürür və bütlər bütü cəhənnəm üzərinə gedər. Hədisi Şərifdə: ” Allah qorxusundan ağlayan birinin, sağılmış südün yenidən məməyə dönməsi mahiyəti kimi, Cəhənnəmə girməsi mümkün deyildir. ( Tirmizi) 
Cəhənnəm atəşini söndürən ən təsirli iksir göz yaşlarıdır. Cəhənnəm əzabından qurtulmaq ilk əməlləridir. İbadət və qeyrətlərinə güvənməyərək daima qurtuluşlarına dua edərlər. Çünki cəhənnəm əzabı keçici bir şey deyildir. Bu alacaqlı kimi peysərə minmiş qaçınılmaz bir bəladır.
Şərh əlavə et

Şərh yaz