Könlümüzün Baharı Qurani Kərim


Quran, kəlimə olaraq, ‘oxumaq’ mənasına gələn, “ hərfləri və kəlimələri bir-birinə ələvə edərək oxunan şey” deməkdir.
Quran, Allahın kəlamıdır; bu baxımdan əzəlidir, yaradılmış deyildir. Fəqət vəhy edilmiş, Hz. Cəbrail (ə.s) tərəfindən Allahdan (cc) alınıb, Hz. Məhəmmədə (s.ə.v)  gətirilmiş halıyla hərflərdən və səslərdən ibarət, ayə və ayələrdən bir araya gələn, dilimizlə oxunan, qorunan, Mushaflar da (Quranda) yazılıb əlimizlə toxunulan, qulaqlarımızla eşidilən və gözlərimizlə görülən Kitabdır. Cünub və abdestsiz olanların, Quranın yazılı olduğu kâğızlar toplamı demək olan Mushafa toxunmaması gərəkir. 
Quran, Allahın ən son peyğəmbəri Hz. Məhəmməd (s.ə.v), vasitəsiylə insanlığa möcüzə dərinlikli və tayı bərabəri olmayan mesajlar zinciridir. Bu mesaj qulaq asan seçilmiş insanların, Quran könüllərinin baharı halına gəlmişdir.
“Allahım ! Quranı könlümün baharı et” duası Əfəndimiz (s.ə.v) ın biz ümmətinə bıraxmış olduğu bir mirasdır. Görəsən bu mirasın haqqını necə verməliyik, niyə Qurani Kərimi həyatımızın mərkəzinə yerləşdirməliyik? Bu sualları çoxalda və öz nəfsimizdən soruşa bilərik.
Elm mərcəkləriylə ( lupa ) görərsən uzaqları;
Fərq edər və seçərsən, qaralardan ağları;
Hələ ki; o şeytanın, qurduğu tələləri;
Anbaan tutarsan, Quranı anladıqça...
Görüldüyü kimi: Quranın məna genişligini üslub və ifadə zənginligini, məzmunun dərinliyini anlatma mövzusunda biz qullar acizik.
Quranı anlamaq hər kəsin haqqıdır. Onu təbliğ etmək isə doğru bilənlərin vəzifəsidir. Bilməyənlər hər zaman onu anlamağa çalışmalı, bilənlər də bütün idraklarını, mənəvi güclərini hərəkətə keçirərək, onu doğru şərh etməli və onun başa düşülməsi üçün daha da yayılmalıdır. Onu anlamaq həm bir vəzifə, həm də bir qədirşünaslıq; anlatmaqsa, onun nuruna möhtac könüllərə sayğı və vəfanın ifadəsidir.
Dünya həyatı bizləri öz sıxlığı və müsbət, mənfi  sürprizləri içində bəzən çıxılmaz hala qoyur. Enerjimizi bitirib bizləri yorğun düşürür. Halbuki enerjiyə, dinamik olmağa çox ehtiyacımız var. Bu ehtiyaclar içində köməyimizə kəlamların ən gözəli Quran çatır. 
“Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu Sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik.” İbrahim/1
“(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!” Yunus/57
Quranı Kərim, qul ilə Rəbbi arasında gözlə görünməyən bağdır. Elə bir bağ ki, ayələr və anlamlar arasındakı əlaqələr ruhun qurluşuna sirayət edər. Ruh aldığı bu mənəvi doyğunluğu insanın cisminə əks etdirir. Aişə anamıza Əfəndimizin əxlaqı ilə əlaqəli sual verincə: “Onun əxlaqı Qurandır” deyər. Bir yönüylə insan yeriyən, uçan, üzən bir Quran səviyyəsinə, alayı illiyinə (mələklərdən üstün, ən uca məqam) yüksələ bilir. Günəşi kölgədə qoyacaq bir işıq olub ən dərin qaranlıqları, ürəkləri, vicdanları, ruhları, beyinləri nurla işıqlandırma imkanını tapa bilir və əbədi cənnətlərə pərvaz edə bilir. Məzmunun məzmunu: Məsələ söz demək olmamalı, söz deməkdən dünyada kasıb heç kimsə yoxdur, lakin yaşama və yaşatmağa gəlincə sinifi keçən çox az insan olur.
Hədisi şərifdə buyurulur:
“Quran oxu­yu­n… Çünkü Allah, içində Quran olan bir qəlbə əzab etməz…” (Dari­mi, Fə­zailül-Quran, 1) 
Maddi və mənəvi şəfa qaynağı olan bu əzəli Kəlam, insanın mənəvi xəstəliklərini müalicə edər və onu olması gərəkən dərəcəyə qoyur.
İnsan deyilən müəmma; yalnızlıq, dəyərlilik duyğusunu içində saxlayır. Bu iki duyğunu Quran müalicə edir və insana mükəmməl iradəni qazanmasına səbəb olur. Uca Allah biz qullarını özünə həmsöhbət almışdır. Quran oxuyan kəs bunun şüurunda olduğu üçün tənhalıq duyğusuna qapılmadan, özünə dəyərlilik duyğusunu qazandırmış olur. İnsan necə özünü yalnız hiss edər ki?
“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” Bəqərə/186. 
Bu ayə Onun (c.c) qula yaxınlığı ifadə edir. Elə isə Ulu dərgahda əl açıb dua edin. Ey yalnızların, qəriblərin sahibi deyərək iki büklüm olaq, olaq ki, Sübhənallah köməyə yetişsin... 
Dua, bir baxıma ibadətin və insanlığın özü, hətta bütünü kimidir. Hər hansı bir diləyə çatmaq üçün əl açaraq edilən sözlü dualara mütləq cavab verilir. Fəqət cavab vermə, hər zaman istənilənin eynən verilməsi deyildir. Bəzən də duanın qarşılığı dünyada verilməz, Axirətə bıraxılır…
Rəsulullah-səlləllahu əleyhi və səlləm:
“−Şübhəsiz insanlardan Allaha yaxın olanlar vardır!” buyurmuşdu. 
Əshabı kiram:
“−Ey Allahın Rəsulu, onlar kimlərdir?” deyə soruşunca Allah Rəsulu -səlləllahu əleyhi və səlləm belə buyurdu:
“−Onlar, Quran əhli, Allah əhli və Allahın xas qullarıdır!” (İbni Macə, Müqəddimə, 16)
Əbu Musa əl-Əşari radıyallahu anhdan rəvayət edildiyinə görə, Rəsulullah səlləllahu əleyhi və səlləm belə buyurdu:
“Quran oxuyan mömn portağal kimidir: Qoxusu xoş, dadı gözəldir. Quran oxumayan mömin xurma kimidir: Qoxusu yoxdur, dadı isə gözəldir. Quran oxuyan münbfiq reyhan kimidir: Qoxusu xoş fəqət dadı acıdır. Quran oxumayan münafiq Əbu Cəhil qarpızı kimidir: Qoxusu yoxdur və dadı da acıdır.” (Buxari, Etimə 30 Fezailül-Quran 17, Tövhid 36)
Bu ayə və hədislərdən yola çıxaraq bizə lütf edilən ömrümüzü “ Quran oxu, istiqamətində bir həyat” halına gətirməmiz lazımdır. Quran orbitli həyat; disiplinli həyat, asan, sonsuz xoşbəxtlikləri ehtiva edən çüt çəyirdəkli cənnət  həyatı deməkdir. Bu disiplin insanı hər gününə yeniliklər qatar və iki qanadlı bir mələk timsalı halına gətirir, hətta onu da geridə qoyur…
Quranlaşan həyat sadəcə fərdin özü ilə yetərli qalmaz; bu həyatı xanə sakinlərinə, qonum-qonşuya, geniş ətraf mühitə əks etdirir. Kiçik yaşda öyrənilən bilgilərin ətin sümüyə bürünməsi kimi qalıcı olur. Bu mövzuda Allah Rəsulu bizləri belə isdiqamətləndirir;
“Kim Quranı kiçik yaşlarda öyrənirsə, Quran onun ətinə və qanına işləyir (Yəni Quranın feyziylə nurlanır.)”  (Ali el-Müttaki, I, 532)
Dünyanı istəyirsənsə, Qurana sarıl 
Ukbayı ( baki )istəyirsənsə, Furqana sarıl. 
Qurandan aldığın ürfana sarıl. 
Başqa bir vadiyə sən axma qardaş
“Övladlarınızı üç xüsusda yetişdirin: Peyğəmbər sevgisi, Əhli Beyt sevgisi və Quran qıraəti.... 
Çünki haməleyi Quran (yəni Quran hafizləri) heç bir kölgənin olmadığı qiyamət günündə peyğəmbərlər və əsfiya(yəni səfaya çatmış Allah dostları) ilə birlikdə Arşın kölgəsindədir.” (Münavi, I, 226)
Quran oxumaq insanın özünə etdiyi ən üstün təlqindir. Allah ( c.c) nın Rəhman və  Rəhimliyini hər surə başında Bismillahdan görürük və oxuyuruq. Davamlı təkrar edən Allahın bu ismi Şərifləri bizləri mərhəmətli olmağa çağırır. Ayələrdən keçən istiğfar, sığınma ayələri də bizlərə bağışlamağı təlqin edir.  Eyni zamanda Qurani Kərimdəki hərf düzəni oxuyana, sürətli oxuma bacarığını qazandırır. Əsrin xəstəliyi olan diqqət dağınıqlığını müalicə edər. Quran əzbərinin həm beynə həm də ruha müəzzəm faydaları vardır. Unutqanlıq xəstəliyini müalicə edir və insanın psixoloji olaraq özünü daha rahat, hüzurlu hiss etməsinə vəsilə olur…
Böyük şair Məhmət Akif:   
İbrət olmaz bizə hər gün oxuryuruq əzbər də
Yoxsa heç məna aranmazmı bu ayələr də
Sözü möhkəm yalnız anlaşılan Quranın 
Çünki qeydində deyil, heç birimiz mənanın 
Ya açar nəzmi cəlilin baxarıq yarpağına
Yaxud üflər keçərik bir ölünün torpağına
Enməmişdir hələ Quran bunu haqqıyla bilin, 
Nə məzarlıqda oxumaq, nə fal baxmaq üçün.
Quranı Kərimin qapısını israrla çalmalıyıq. Bu qapını durmadan çalarsaq özünü bizə açacaq və bizləri Quran əhli dərəcəsinə gətirəcəkdir. Bir hədisi şərifdə: “ Siz Quran oxumasanız Quran sizə küsər.” Buyurulur.
Madam ki, Quran bizə təqdim edilmiş möhtəşəm bir dostdur, o halda bizə düşən bu uca Kəlamı oxuyub, istedadımız nisbətində ondan istifadə etməliyik…
Zaman keçdikçə Quran gənçləşir həqiqətinə nail olmaq niyyətil, qiymətli mömünlər!
Şərh əlavə et

Şərh yaz