Cənnət xanımlarının Əfəndisi Fatimeyi Zəhra (R.Anha) 5-ci hissə

Əhli Beyt və səhabələr Əfəndimizin (əleyhissəlatu vəssəlam) nübuvət nurunu görərək və Onun tərtəmiz atmosferi içində yetişdilər. Onların vəziyyəti, digərlərindən çox fərqlidir. Bu da çox normaldır. Onlar gözlərini açandan  Əfəndimizi (səlləllâhu əleyhi və səlləm) gördülər, Onun nurundan qidalandılar, onun hər halına vaqif oldular, vəhyin leysan kimi yağdığı iqlimdə, vəhyin ürpərdici sərinliyini daima iliklərinə qədər hiss etdilər. Və o şanlı Müəllim və Ustad tərəfindən yetişdirildilər. Elə isə Əfəndimizin (səlləllahu əleyhi və səlləm) də onlara digərlərindən daha fərqli bir məhəbbət bəsləməsi, onlara ehtimam göstərməsi və onları əziz tutaraq “Əshabıma söyən məndən deyildir.” “Əshabım göydəki ulduzlar kimidir.” şəklində ifadələrlə onları təltif etməsi, elə bir mürvət abidəsinə yaraşan ən uyğun ifadə və hərəkət tərzidir. Bəşəriyət içində Onu ən çox onlar sevdi. Allah Rəsulu (s.ə.v) də bu sevgiyə qarşılıq göstərərək, O da onları qiymətləndirdi. Kimiləri cənnətlə müjdələndi, kimiləri xəlifəliklə, kimiləri də komondir oldu....
Fatimə anamızın Atasına qarşı olan sevgisi isə bir başqaydı. Ona( s.ə.v) ə olan yaxınlığı, mənən Fatimə anamızı zirvələrə çıxarmış, Rəsulullahda özünü fani qılmışdı. Fena (maddi varlıqlardan sıyrılıb haqqa çatmaq )mərtəbəsinə yüksələn anamız Rəsulullahda fani olmuş və  fena-fi’r-rəsul məqamına yüksəlmişdi. Onun bu yüksəlişi Onun həyatına o qədər çox şey qatmışdı ki, oturmasından durmasına qədər hər yönüylə eyni atası kimiydi. Şübhəsiz sevgili Peyğəmbərimizin s.ə.v həyatı boyunca ona ən sevgili insanlardan biri hatta bəlkə də ən sevgilisi təmiz, iffətli, yardımsevər, möhtərəm kəriməsi Hz. Fatimə radıyallahu anha idi.
Bir gün, Hz. Aişəyə, “İnsanların, Rəsulullaha ən sevgili olanı kimdir?” deyə soruşuldu.
Hz. Aişə, “Fatimə idi” dedi.
“Kişilərdən kimdir?” deyə soruşdular. ”Fatimənin həyat yoldaşı ” cevabını verdi.
[Tabaqat, 1/248-249]
Yerişi belə Aləmlərin Əfəndisinə bənzəyən xanım həm də doğru sözlüydü.
Kütübi Sittədə fəzilətlər bölümü, 4494 nömrəli Ümmü Sələmə rəvayətində belə bir əhvalatı var anamızın: "Mən, Rəsulullah (s.ə.v)ın qapısında ikən bu ayə nazil oldu:
“Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” Əhzab: 33
Rəsulullah (s.ə.v), Əli, Fatimə, Həsən və Hüseyin vardı. Onların üzərinə siyah bir örtü (əba) bürüdü və "Allahım, bunlar mənim əhli beytimdir, bunlardan günahı al və bunları kirlərdən tər-təmiz qıl!" buyurdu. 
Hz. Fatımənin fəziləti, onun şəxsi kəmalət və fəziləti yanında, bu nöqtələri də göz qabağında tutmalıdır:
a) Hz. Fatimə Rəsulullahın nəslini davam etdirmə şərəfinə nail olmuş tək qızıdır.
b) Hz. Fatimə başda Hz. Həsən və Hz. Hüseyn olaraq əhli beytin anasıdır. İslam aləmində bir ulduz olan əli beytin imamları və əhli vəlayətin qütubları onun uşaqlarıdır. Bu ulduzların parlaq işıqlarının əksində Hz. Əli və Hz. Fatimə günəşlərinin payı çox böyükdür.
c) Səhabədən sonra ümmətin ən fəzilətlisi qəbul edilən Hz. Mehdi də Hz. Fatimənin övladıdır. “Mehdi mənim əhli beytimdəndir, Fatimənin övladıdır”(Əbu Davud, Kitabul - Mehdi) 
Bizlərə düşən vəzifə, əhli beytin həyatını və səhabə həyatlarını doğru mütaliə edərək bu çərçivədə gələcək nəsilləri yetişdirməkdir. Səhabəni həyatlarında yaşadıqları mübarizələri gələcək nəsillərə bir ilham qaynağı olmuşdur, olacaqdır.
Uşaqarımızı mübarizə mühitindən uzaq tutaraq İlahi rıza yolunda yetişdirməmiz mümkün ola bilirmi? Övladlarımız haqsızlıq qarşısında susmayan, kimin xətri qırılırsa, qırılsın haqqın xətrini daim başının üstündə tutan nümunələri öz yaxınında görmədən bir haqqaniyət hissinə sahib ola bilirlərmi? Haqqın xətri üçün ən sevdiyi şeylərdən belə keçməkdə tərəddüt etməyən atalardan, analardan, qardaşlardan, dayı və xalalardan yoxsul olaraq böyüyən bir uşaq, gücün yanıldıcı təəcübü ilə həqiqətin əbədi qalıcılığı arasındakı fərqi haqqıyla anlaya bilərmi? Bu kimi  sualları çoxalda bilərik.   Əsrimizin mənəvi xəstəlikləri olan,  şeytani sistemlərin irəli sürdüyü mənfi təlaşlarla yaşayanların evlərindən Hz. Fatimələrin çıxması əlbət çətin olacaqdır. Şeytani sistemlərlə hesablaşmanın dərdiylə yanmayan evlərdə yetişən uşaqların, ifsad( fəsad )yönümlü kirli üzlərini görmələri çətinləşəcəkdir. Rəhavət (istəksizlik,  tənbəllik ) mühitində yetişən uşaqlar, müfsidlərin kirli oyunlarına tez inanacaqlar, onların mübtəzəl ( bayağı ) əməllərinin nəsnəsi olmaqdan qurtulamayacaqdılar. Mübarizənin atəşiylə iç dünyaları bişməmiş̧ uşaqlar, həyatın mənasını hesab-kitab edən depressiv adamlarla birgə olub mənasızlıq boşluğunda üşüyərək donacaqdılar. 
Halbuki bizlərə nümunə olan bu müqəddəs insanlar, elə təmiz və aydın yol qoyublar ki, geriyə qalan o yoldan getməyi bilməkdir. Qısacası əxlaqlı, ağıllı, səbirli və dəyantətli uşaqlar, ancaq gücünü və məşruiyətini Allahdan alan bir mübarizə içində yoğrularaq yetişə bilər və belə  ailələrin evlərindən Həsənlər, Hüseynlər və Zeynəblər çıxa bilər...
Buxari rəvayət etmişdir ki:
Peyğəmbər (s.ə.v), vəfatıyla sonlanan xəstəliyi dövründə Fatimeyi Zəhranı öz yanına çağırdı və ona gizlicə bir şey söylədi. [möminlərin Anası] Aişə deyir ki: "Mən, ona Peyğəmbərin nə söylədiyini soruşdum. Fatimə, "Peyğəmbər (s.ə.v) (birinci dəfa) mənə gizlicə bu xəstəlikl vəfat edəcəyini söylədi və mən ağladım. Sonra da gizlicə mənə əhli beytin arasından ona qovuşacaq ilk şəxs olduğumu söylədi və mən bu dəfə güldüm" dedi. 86
Tirmizi, [mömünlərin Anası] Ayşədən belə nəql edir:
Mən, Rəsulullahın (s.ə.v) qızı Fatimə qədər oturub qalxmasında, davranışında, tutumunda və vakarında ( ağırbaşlılığında) Rəsulullaha bənzəyən birisini görmədim. 
Fatimə, Peyğəmbərin (s.ə.v) yanına gəldiyində, Peyğəmbər, yerindən qalxıb ona doğru gedər və onu öpüb öz yerində oturdardı. Peyğəmbər (s.ə.v) da onun yanına gəldiyində Fatimə, yerindən qalxar onu öpər və öz yerində oturdardı. 
Əfəndimizin qızına mənə ilk qovuşacaq olan kişi sənsən deməsindən bir neçə ay keçdikdən sonra Hz. Fatimə anamız ölüm döşəyində ikən bunları söylədi;
"Mən artıq ölürəm. Kimsə yumasın məni; yuyundum. Kəfənləməsinlər məni, çünkü təmiz paltarlarımı geyindim. Ancaq vəsiyətim budur ki, məni atam, Rəsulullah kimi gecə dəfn etsinlər." Bu sözlərdən sonra təmiz örtüsünün üzərinə, sağ əlini başının altına qoyaraq uzanır və qibləyə dönür. Hz. Əliyə də, "Ya Əli, mənim üzərimə kimsənin əli dəymədən sən al götür Baki məzarlığında dəfn et." 
Və O, Hz. Peyğəmbərin müjdəsinə qovuşur. Vəsiyyətinə uyğun gecə Hz. Əli tərəfindən dəfn edilir. (3 Ramazan 1 1/22 Noyabr 632). Cənazə namazı Hz. Əli digər bir rivayətdə əmisi Hz. Abbas tərəfindən qıldırılmışdır. Vəsiyyətinə uyğun olaraq Hz. Əli xanımını gecə ikən dəfn etdiyi yer barədə üç dəyişik rəvayət vardır. Baki qəbristanlığında, Aqilin evinin həyətində, əmisi Abbas üçün gələcək adına olan türbənin içindədir.
Şərh əlavə et

Şərh yaz