Cənnət Xanımlarının Əfəndisi Fatimeyi Zəhra (R.Anha) 4-cü hissə.

Uca Allah ( c.c)ı biz qullarını daima xəbərdar etmək üçün elçilər göndərir. Göndərilən bu peyğəmbərlər, haqqın, həqiqətin ürəklərə, ruhlara naxış edilməsi üçün Allahın qurtarıcı buyruqlarını insanlara, cəmiyyətlərə anladırlar. Qayə Allahın rızasıdır, İlahi kəlimətullahdır, dünya və axirət səadətinin əldə edilməsi davasıdır. İslam alimlərinin ümumi fikri bu isdiqamətdədir. Belə ki,
“Hər peyğəmbər öz ümməti içində ən çox öz nübüvvətinə varis olanları sevər. Bu ümumi bir qaydadır və Allah Rəsulu da bundan müstəsna deyildir. Çünkü bütün peyğəmbərlərin dünyaya gəliş̧ səbəbi nübüvvətə aid mənaları təbliğdən ibarətdir. Onlar miras olaraq geridə qalanlara nə mal, nə də məqam qoyurlar. Qoyduqları tək miras, təbliğ etdikləri dindir və o dinin əsaslarıdır. O dinə sahib çıxanlar öncəlik sırasına görə əlbəttə peyğəmbərlərin də ən çox sevdikləri kimsələr olacaqdır.
Kainatın Əfəndisi bir hadisədə məalən belə buyurdular: “Sizə iki şey qoyuram: Allahın kitabı Quran və Əhli Beytim.”
Əhli Beytə bu təvəccüh, sadəcə sehri qarabətdən (yaxınlıqdan) deyildir. Bunda incə bir sirr var və Allah Rəsulu bu sirrə görə Ehli Beytini nəzərə çatdırmaqdadır.  Ehli Beyt cibilli olaraq Kitabullaha və Rəsulullaha (sallallahu əleyhi və səlləm), eyni vaxtda Onun gətirdiklərinə sahib çıxmaqdadırlar. Ona görədir ki, daha sonrakı dövürlərdə onlara sahib çıxmaq eynən dinə sahib çıxmaq kimi olmuşdur. Demək bu hikmətə məbni (dayanaraq) O, daha çox Əhli Beytini nəzərə çatdırmaqdır.
Digər tərəfdən Allah Rəsulunun davasını təmsildə və nübuvvət mənasına sahib çıxmada varisləri Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman və Hz. Əli (radiyallahu anhum əcmain) kimi zatlardır. Bunlar Əfəndimizin həqiqi varisləridir.”
Bizlərə nümunə nəsil olan əsri səadət insanı, düşüncəsinin mərkəzinə tövhidi yerləşdirmişdi. Dünyəvi mənfəət düşüncələri onlarda gücünü itirmişdi. Onlar, son nəfəslərinə qədər özlərindən ən çox bunu soruşdular; “Görəsən Allah məndən razıdırmı?”
Rəbbin rızasını hər şeydən ən ön planda tuturdular. Elə ki, onların bu halı həyatlarının hər sahəsində göründü; ticarətdə, evlilikdə, idarə etmədə və sair sahələrdə bizlərə düzgünlük və dürüstlük adına çox dəyərlər əmanət edib dünya həyatından köçdülər. Bu nümunələrdən biri də Allah Rəsulunun gözəllər gözəli qızı Fatimə anamızın həyatında görürük.
Rəsulu Əkrəm (s.ə.v.) Əfəndimiz bir gün qızı Hz. Fatimənin evinə gəldi. Hz. Əlini evdə tapmayınca, "Əmimin oğlu haradadır?" deyə soruşdu. Hz. Fatıma, "Mənimlə onun arasında kiçik bir şey olmuşdu o da, mənə sinirlənərək evdən çıxdı getdi və günorta yuxusunu mənim yanımda keçirmədi!" cavabını verdi. Rəsulu Əkrəm, o ətrafda olan Hz. Səhlə: .
- Əli haradadır? dedi. Səhlə (r.a.) baxıb gəldikdən donra :
Məsciddə yatmaqdadır dedi. Rəsulullah onun yanına gələndə Hz. Əli torpağın üzərinə uzanıb yatmış, ridası çiynindən düşmüş, bədəninə toz bulaşmışdı. Rəsulu Əkrəm (s.ə.v) bir tərəfdən torpağı silkələyir, bir tərəfdən də, "qum, əbət türab, qum əbət-türab!" deyirdi. Kürəkənini  də götürüb qızının yanına gedir. Sadəcə qızının yanına aparmaqla kifayətlənmir, onların arasında olan problemi həll etməkdə kömək edir. Dinin yaşana bilən təcrübəsi demək buradan Peyğəmbərin (s.ə.v) evindən təcrübə ilə başlayırdı. Çünki Allah Rəsulu onları tərbiyyə edərkən Allahın göndərdiyi əmr və qadağalar çərçivəsində yetişdirirdi.
Hz. Əli ilə Fatimə arasında kiçik anlaşılmazlıqlar olmuşdu (Buxari, “Ədəb”, 113, “İstihzan”, 40), ancaq Rəsuli Əkrəmin onların aralarını düzəltməsi və Hz. Fatiməyə həyat yoldaşına itaəti tövsiyyə etməsi üzərinə incikliklər sona çatmışdı. Hz. Əli də artıq xanımını heç bir şəkildə üzməyəcəyini söyləmişdi (İbn Həcər, əl-İsabə, VIII, 59). Çıxan hər hansı problemi də bu çərçivə daxilində həll edirdilər. "Qızımdır" deyib əsla güzəşt etmirdi. "Kürəkənim"dir deyib əsla haqqından çoxunu vermirdi. Tam olması lazım olan kimi idi hər şey. Ədalət qavramını sadəcə dildə anladaraq deyil, yaşayaraq öyrədirdi. Öz qızının evində olan sıxıntını əsrlər sonrasına ümmətinə dərs verir kimi həll edirdi. Onları ailə içi istişarəyə təşviq edir, həyat yoldaşların problemlərinin həll nöqtəsinin qarşılıqlı danışaraq sakitcə həll edəcəklərini öyrədirdi. Fatimə anamız peyğəmbər qızı olaraq o qədər həssas və incə ruha sahib idi ki, həyat yoldaşının incinməsinə qəlbi dayana bilmirdi. Nə qədər həyat yoldaşını çox sevsə də yaşanan problemləri ağıl, məntiq çərçivəsində həll edirdi. Dürüst idi, sədaqətliydi. Həyat yoldaşına qarşı itaətkardı, Vəlilərin piri olan Hz. Əli, xanımı Hz. Fatimənin bu gözəl xislətlərini dəyərləndirərək onun itaətinə qarşılıq, şəfqət və mərhəmətini hər zaman göstərirdi.  Hz. Fatimənin evlilik həyatında bizim üçün nümunə alınacaq çox şeylər var. O, anası Xədicə kimi ölənə qədər həyat yoldaşına bağlı, aşiq, dava yoldaşı, səmimi bir dost, uşaqları üçün bilikli və səbirli bir ana olmağı bacardı. Hz.Əli (r.a), xanımı Fatimə vəfat etdiyi vaxt bunları söylədi: ‘’Fatimə mənim üçün elə bir dostdur ki, ona başqa  və qəlbimə də ondan başqası üçün zövq və nəsib yoxdur. Hərçənd ki O, şəxsimdən və gözümdən yox olub, amma içimdən və könlümdən əsla ayrılmamışdır.”
Təəssüf ki, günümüzdə ağırbaşlı və ciddi olmaq itkilərə məruz qalmış, can sıxıcı və despotik (zülmkar) insanlar üçün istifadə halına gəlmişdir... Halbuki burada, sözü gedən ifadələr bir başqa geri qayıdışdır... Cahilliyə dönəmində zövq obyekti kimi qəbul edilən qadın, İslamın həyatlarına həyat olmasıyla, təbliğiylə, qadınların insani xasiyyətləri, ruhi dərinliyi və əqli dəyər qazanmağa başladı.
Qadın kişilərin əyləncə vəsaiti, ticarət malı olmamalı idi. O, içi qan ağlayarkən belə gülüb, arsızcasına əyləndirməklə vəzifələndirilmiş təlxək də deyildir... Ruhi və zehni gözəllikləri daim göz ardı edilmiş̧ qadınlar, sadəcə arxaik ( keçmiş ) dönəmlərdə deyil, günümüzün bütün korlanmış̧ sistemlərində də ruh və ağıl güclərindən mücərrədlənərək, sadəcə bədənlərinin dar sahələrinə həps ediliblər təəssüf ki... Qadının özü və ümumi olaraq həyat haqqında fikir sahibi olmasına mane olan siyasətlər, onu ya zövq obyekti ya da bir inkubasion ( simptomsuz, əlamətsiz) kimi təqdim edirlər... Halbuki islamın qadına baxışı, hər şeydən əvvəl, onun ağıl sahibi bir qul olduğuyla əlaqədardır, yaxşını pisdən ayırd edəcək, apeliyasiya gücünə sahib, sayğıya dəyər verən, əmanət varlıqdır o...
Hazırda qadınların müasir həyatını qərbləşmə olaraq qəbul etməyə başladığı çəmiyyətimizdə Hz. Fatimənin əxlaq anlayışını bir dəfə daha nəzərdən keçirmək və xatırlanılması lazımdır. Peyğəmbər Əfəndimizin Hz. Fatiməyə söylədiyi bu söz onun həyatının təməl prinsiplərindən biri olmuşdur. “Ey Fatimə! Əbədi neymətlərə qovuşa bilmən üçün dünya həyatının ağrılarına qarşı səbr et.”
Hz. Fatimənin (s.ə) yasadığı ağrılar sıradan insanların yaşadığı ağrılardan çox fərqlidir. Hz. Fatimə (s.ə) o ağır və dözülməz sınaqlardan da müvəffəqiyyətlə keçmişdir.
Günümüzün  ailələrinin ən təməl dirəkləri olan ər və arvad arasında narsist ruhluları vardır. Bu xarakterdə olan ər və arvad, ancaq öz fikir və düşüncələrinin doğru olduğunu iddia edərlər, qarşısındakının duyğu və düşüncələrini heç önəmsəməzlər. Onların bu eqoist ruh halları evin sevinci olan körpələrin  kiçik qəlblərini xəsarət vurur. Narsist kişi qarşısında dirənməyə çalışan qadın zamanla həm maddi, həm də mənəvi xəsarətlərə məruz qalır. Bir həyat yoldaşı olaraq, ana olaraq yıpranmışlığın verdiyi ağrılarla çırpınıb dururlar. Bu dirənişi çoxu zaman övladları üçün olur. Onlar üçün dayanır onlar üçün qatlanır. Cəmiyyətin bəzi qisimləri Hz. Fatimə anamızınn həyat yoldaşına qarşı olan itaətli olmasını bir bayraq kimi dalğalandıraraq qadın haqlarını çiynəyirləe. Halbuki itaət qavramı sevginin səmərəsidir. Bu səmərəni əldə etmək üçün fədakarlıq, səbr, sevgi, sayğı, şəfqət, ədalət toxumlarını əkək. Kobudluq, dəyərsizlik, sevgisizlik toxumlarını əkərsək cəhənnəmləri səmərə olaraq görmə vəziyyətində qala bilirik. Anlayış mı? Hansı anlayış? Hz. Əli ruhlu bəylər qarşılarında Fatimələr görəcəkdilər. Hz. Fatimə ruhlu qadınlar  Əli ruhlu bəylər görəcəklər. Əgər görürlərsə, səbr edib yaşayacaqlar. Bu səbr seçimdir. Fatimə ruhlu qadınlar hər zaman qazanacaqdılar. Alim olan Allah ( c.c) ı heç kimsə görməsə, bilməsə belə hər şeyi bilir və görür.
Qadın kişiyə, kişi də qadına ülvi bir əmanətdir. Əmanətlərə sahib çıxaq, çıxaq ki, Hz. Fatimə və Hz. Əli əfəndilərimizin ruhları hər yerdə dolaşsın…

Kaynak : Hz.Fatıma Platformu
Şərh əlavə et

Şərh yaz