Cənnət Xanımlarının Əfəndisi Fatimeyi Zəhra (R.Anha) 3-cü hissə.

İman və təqvada ön sıralarda olan Rəsulullahın ailəsi, nəzərgahı ilahi olan qəlbin daşıdığı imanı, kənara elə əks etdirirdilər ki, onların  bu halı cəmiyyətə nümunə oldu.
İmanın ilk meyvəsi mərhəməti, dərin bir şüurla yaşayırdılar. Mərhəmətin ən nəzərə çarpan əlaməti və ən yetkin təzahürü də “infaq”dır. İnfaq, malını və canını Allaha həsr etməkdir. Bəşəriyyətin fəzilət zirvələri olan peyğəmbərlər və onların varisləri olan alimlər, ariflər və vəlilərin həyatları, saysız mərhəmət və infaq davranışlarıyla zəngindir…
Hz. Fatimə anamız və onun həyat yoldaşı vəlilərin piri Hz. Əli (r.a) cömərdlikləri   baxımından tamamilə atalarının  yolundan gedirdilər. Şübhəsiz onlar Rəsulullahın (s.ə.v)  dediyini belə eşitmişdilər: "Comərd insan Allaha yaxındır, insanlara yaxındır, yurdu cənnətdir. Buna qarşılıq cəhənnəmdən uzaqdır. Allah comərddir, comərdləri sevər." Başqalarını özündən üstün bilmək, Rəsulullahın (s.ə.v) bir şüarıydı. Hətta xanımlarından biri belə demişdir :  "Rəsulullah (s.ə.v) dünyadan ayrılına kimi qədər, heç bir zaman üç gün üst-üstə doymadı." Hz. Rəsul (s.ə.v) belə deyərdi: "Əgər istəsək doyarıq, fəqət başqasını özümüzdən üstün bilirik." Hz. Fatimə anamız, başqasını özündən üstün bilənlərin ən xeyirlisiydi, bu mövzuda heç kimsə onun səviyyəsinə çata bilməzdi. Atasının qüsursuz bir izləyicisiydi. Uca Quranı Kərim onların bu gözəl xislətlərini bizlərə bu şəkildə köçürür;
“Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) qədəhdən içəcəklər.”
“O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) asanlıqla axıdacaqlar.”
“Onlar (Cənnətə nail olacaq müttəkilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qoxarlar.”
“Onlar öz iştahları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.”
“(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) "Biz sizi, ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.”
“Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən tanınmaz hala düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!"
“Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).”
“Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır.”
“Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər.”
“(Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).”
“(Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar.”
“Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə billur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər.”
“Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də içirdiləcəkdir.”
“(Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi üçün) Səlsəbil adlanır.”
“Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən.”
“(Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən.”
“(Cənnət əhlinin) əyinlərində taftadan və atlasdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.”
“(Onlara belə deyiləcəkdir: ) "Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə) mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!"
(İnsan surəsi, 5-22 )
Zəməxşəri, bu ayələrin təfsirində belə deyər:
“İbn Abbas (r.a) nəql etmişdir: ‘Bir gün Həsən və Hüseyn xəstə imişlər. Hz. Peyğəmbər (s.ə.v) əshabdan bir qrup ilə birlikdə onları görməyə getdilər. Bu ziyarət əsnasında, " Ey Əbəl-Həsən, uşaqlarının şəfası üçün bir nə ada.’ buyurdular. Əli (ə.s), Fatimə (ə.s ) və xidmətçiləri Fizzə, hər üçü, ‘Həsən və Hüseyn (ə.s.) şəfa taparlarsa, üç gün oruç tutacayıq deyə nəzir etdilər. Həsən və Hüseyn (ə.s ) şəfa tapdılar. Fəqət o günlərdə evlərində yeyəcək hər hansı bir şey yoxdu. Əli (r.a )  Şəmun adlı bir Yəhudidən üç sa miqdarında arpa borç aldı. Hz. Fatimə (ə.s ) onun bir "sa"ını üyüdüb öz sayılarınca beş̧ ədəd çörək bişirdi. Onları iftar vaxtı yemək üçün qarşılarına qoyduqları sırada, bir dilənçi qapının qarşısında durub belə səsləndi: ‘Salam olsun sizə ey Məhəmmədin Əhli Beyti! Mən bir kasıbam, mənə yeyəcək verin; Allah sizə cənnət süfrələrindən yedirsin.’ Bunun üzərinə, hamısı fədakarlıq edib çörəklərini dilənçiyə verdilər və özləri suyla iftar edib o gecə eləcə sabahladılar. Ertəsi gün yenə oruç tutdular. Axşam vaxtı süfrə başına oturub iftar edəcəkləri sırada, bu səfər bir yetim qapıya gəlib yeyəcək isdədi. Onlar da çörəklərini ona verdilər və o gün də aç qaldılar. Üçüncü gün iftar vaxtı bir əsir gəlib yeyəcək isdədi. Onlar da iftarlıqlarını ona verdilər. Ertəsi gün Hz. Əli (ə.s.), Həsən (ə.s.), Hüseynin (ə.s.) əllərini tutub Hz. Peyğəmbərin (s.ə.v) hüzuruna gəldilər. Hz. Peyğəmbər (s.ə.v), onları aclıqdan titrər halda görüncə belə buyurdu: ‘Sizi bu halda görmək mənə çox ağır gəlir.’ Daha sonra onlarla bərabər Hz. Fatimənin (ə.s.) evinə gəldilər. Hz. Peyğəmbər, qızı Fatiməni (ə.s.) mehrabında aclıqdan qarnı bədəninə yapışmış̧ və gözləri çuxurlaşmış̧ bir hâlda gördü. Bu mənzərə, Peyğəmbəri (s.ə.v) çox kədərləndirdi. Bu əsnada Cəbrail (ə.s.) nazil oldu və:
Ey Məhəmməd! Allah belə Ehli Beytdən ötəri səni müjdələyir dedi və İnsan Surəsini Peyğəmbərə (s.ə.v) oxudu.”
“Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməli saleh şəxslərdəndirlər.” ( Imran surəsi, 114 ) buyurmaqdadır.
Beləliklə bu xeyir yarışının Möminlərdə təbiəti əsliyə halına gəlməsi şərtdir. Mömin əsasən məltəmlər kimi müşviq, yağan yağışlar kimi cömərd olmalı, hər an ətrafına hüzur bəxş edərək Haqqın rızasını axtarmalıdır… 
Xeyir, yaxşılıq, iman, ədalət döngəli olan, ürəklərin mənəvi sultanlarının tam tərsinə bir həyat çizgisində yerimirik adətən qaçırıq. Şərdə, kində, inkarda, mənfəətdə, özümüzdən bixəbər düşmənçilik dənizində də üzürük… Qibləyə dönən kimi yenidən bizi insanlıq üçün model qılacaq, cənnətdə əhil qılacaq cövhərlər üstü dəyərlərimizə dönək. Onları elə içək ki, ürəklər canlansın uzun sürən quraqlıq və sərt qışlar yerini əbədi baharlara tərk etsin…
Bütün aləmlərə işıq, rəhmət olan əfəndimizə 100 dəfə salavat gətirək, gətirək ki, əhli beytinin ruhları şad olsun…
Şərh əlavə et

Şərh yaz