Muta Nigahı

Muta nigahı-cinsəl yöndən faydalanmaq üzrə, müəyyən ödəniş qarşılığında edilən razılıq deməkdir.
 Muta nigahı deyə bilinən keçici nigah, “ örtülü zina, fahişəlik, əxlaqsızlıq” İslam tərəfindən eynən faiz və içkinin haram edildiyi kimi haram edilmişdir.
 Muta Nigahı İslamdan əvvəl cahiliyyə dövründə edilən bir adət olmuşdur. Müəyyən bir pul qarşılığında keçici bir müddətində olan evlilikdir. Bu adət birdən qadağan edilməyib İslamın ilk illərində keçici olaraq sənəd verilmişdi. Fiqh kitaplarında, müvəqqəti nikah olaraq adlandırılır.
       İbnu Məsud (r.a) bu vəziyyəti belə anlatır: ”Biz Rəsulullah ( s.ə.v) ilə birlikdə qəzvəyə çıxmışdıq. Bizimlə bərabər qadın yoxdu.  ”Husyələrimizi aldırmayaqmı?” deyə soruşduq.  Bizə bunu qadağan etdi, sonra da müvəqqəti istifadə xüsusunda bizə sənəd tanıdı. Hər hansı birimiz, bir paltar müqabilində qadınla, bir müddət üçün nigah edirdik.” (Buxari)
       Daha sonra Əfəndimiz (s.ə.v) bu nigahı qadağan etmişdir. Əbu Səbrə (r.a) belə dedi "Biz Rəsulullah (s.ə.v) ilə bərabər ikən ” Ey insanlar! Mən, qadınlarla muta nigahı edərək faydalanmanıza icazə vermişdim. Ancaq Allah bu nigahı qiyamət gününə qədər haram qılmışdır. Beləliklə kimin yanında bu nigahla bir qadın varsa, onu dərhal bıraxsın və o qadınlara verdiyiniz faydalanma ödənişindən heç bir şeyi geri almayın.” buyurdu.( Müslim)
Bu hədisi şərifdən anlaşılır ki, necə ki, içkinin qadağan edilmə əmri hansı şəkildə olmuşsa, eyni muta nigahı da onun kimi dərhal qadağan edilməmişdir. Birdən-birə söküb atmaq böyük bir reaksiyaya səbəb olacağı üçün zamana yayaraq qadağan edilmişdir. Əgər birdən-birə qadağandır edilsəydi insanların bunu qəbul etməsi çox çətin olacaqdı. Halbuki enən ayələrdəki məqsəd onu eşidib həyata keçirməkdir. Allah Rəsulu səhabəni elə bir hazır hala gətirdi ki, müsəlmanlıq onların təbiətlərinin bir dərinliyi halına gəldi. Elə ki, onu heç bir şeyə fəda etməz hala gəldilər. Əfəndimiz tədricən o məsələni təbiətlərinin bir dərinliyi, bir vərdiş halına gətirəcəyi ana qədər yavaş-yavaş, tədriciliklə Allahın əmrinə uyaraq 23 ildə o məsələni gücləndirdi.
      Muta nigahı əhli sünnətə , xaricilərə, Mutətəzilə, Şinin Zeydiyyə məktəbinə görə qəti olaraq qadağandır, haramdır. Sia o qaynaqlarının muta nigahının halal olduğunu (Nisa surəsi 24-cü ayədə) bağlayaraq məşrulaşdırmışlar. Sözü gedən ayəni muta nigahının sübutu olaraq təqdim etmişdir .
“ (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (mutə) etdiyiniz qadınların mehrlərini lazımı qaydada verin!
Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (Nisa/24) 
Bu ayədə Quran, çox vacib bir ictimai reallığa barmaq basmaqda və cariyə mövzusunda da ayrı bir açıqlıq gətirmişdir(Nisa/25). Azad və mömin qadınlarla evlənəcək kişilərin zina kimi eyş-işrət yollarına sapmamaları xəbərdarlığı edilmiş. Buradan anlaşılmaqdadır ki, kişilər, qadınlardan daha çox qeyri-qanuni yollara sapma meylindədirlər. Azad və mömün bir qadın, bu cür pis yollardan, bu yollar özü  haqqında düşünülməyəcək dərəcədə uzaqdır və iffətinə düşkündür.
       Demək olar ki, İslamın nəzərində gərçək və hər baxımdan hörmətə layiq qadın, azad, iffətli və mömün qadındır. Buna qarşılıq, mömün də olsalar, iffət düşüncəsi çox gəlişməmiş qadınlara misal deyildir. Beləliklə, zina kimi eyş-işrət yolları və bir qadının özünü dişiliyiylə nəzərə verməsi, gərçək insaniyətdən uzaqlaşma deməkdir və belə qadınlar, heç bir zaman mömün və iffətli qadınlar dəyərində olmaz və onlarla eyni kataqoriyada dəyərləndiriləməzlər. Eyni şəkildə, qadına bir cinsəllik obyekti olaraq baxma da yenə insaniyətdən sükut etmə deməkdir. Ona bu nəzərlə baxanlar da sadə İslam cəmiyətinin sayğıya layiq üzvi ola bilməzlər. Buradan İslam nəzərində zina və fahişəliyin, insanı heyvanlardan belə daha səfil bir vəziyyətə düşürən necə bir rəzalət olduğunu da anlayırıq. Çünki heyvanlar aləmində də şəhvət, törəməyə yönəlik olub, heç bir zaman hər hansı bir şəkildə təmini lazım olan bir arzu deyildir. Yəni, bu aləmdəki cinsi rəftarlarda eyş-işrət mahiyyəti yoxdur. Məsələn dəvələr, dişilərinin idrarını döllənmiş olub olmadıqlarını anlamaq üçün iyləyərlər və döllənmiş olanlara doxunmazlar. (Allah Kəlamı Quranı Kərim və Açıqlamalı Məalı. A.Ünal sh:203)
       Nisa 24 ayədən anlaşıldığına görə bu ayənin Muta nigahıyla heç bir əlaqəsi yoxdur, burada qadınlara mehirlərinin verilməsindən bəhs edilir.
    İndiki vaxtda bu örtülü zina sistemi, fahişə sistemi, əxlaqsızlıq sistemi cəmiyətə hiyləgərcə yayılmağa başlayıb. Bunun yayılmasındakı əsl məqsəd cəmiyyətin əxlaqi dəyərlərini çökürdərək, gənc nəsilləri zina bataqlığına boğmaqdır.
Muta nigahının (keçici evlilik) əhli sünnət bağlılığında qətiliklə yoxdur. Muta nigahının bərabərlikdən və zinadan heç bir fərqi yoxdur. İslam dini keçici evlilik olan mutanı qiyamətə qədər haram qılmışdır. Bu nigah evliliyin,  məqsədinə tərsdir. Muta nigahı heç bir zaman  nəfsi qorumaz. Haramlara qarşı heç bir qoruma hədəfi yoxdur. Muta nigahı əxlaqa tərs hərəkətdir ki, muta da müəyyən bir zaman keçdikdən sonra hər kəs öz yoluna gedər. Bu nigahda nə ailədən nə də nəsildən söz edə bilmərik. Halbuki qanuni olan nigah insanı, ailəni və nəsli mühafizə edir. Beləliklə xeyirli  nəsillər zühur edir. Əslində qanuni nigahın əbədiyən keçərli bir əqd olduğunu bizə Qurani Kərim bildirir.
 “Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.” Mömin/6
  “Bundan artığını istəyənlər (halaldan harama adlayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır). Mömin/7. 
Bəzi təfsirçilər, mutanın bu ayənin qadağan əhatəsinin içində olduğu fikrindədirlər. Sünnü üləma ( din alimi ), mutanı nə özüylə nigahda olan bir qadınla evlilik, nə də cariyə ilə olan qanuni münasibət çərçivəsində mütalaa edərlər. Qanuni evliliklə əlaqədar  boşanma, iddət gözləmə və aliment kimi qanunların heç biri mutada yoxdur. Muta üçün təyin olunan zaman dolduğunda aliment, miras kimi heç bir əlavə öhdəlik  lazım olmadan evlilik bitər. Sadəcə bu qədəri var ki, qadının yeni bir muta üçün 45 gün gözləməsi lazım ikən, kişi, evli də olsa, bir başqa qadınla muta içində də olsa, dərhal yeni bir muta içinə girə bilir.
Mutanın burada üzərində durduğumuz ayələrin qadağan əhatəsinə girdiyi mövzusundakı sübutlar diqqətə dəyər olmaqla birlikdə, mutanın Peyğəmbər Əfəndimiz tərəfindən qəti olaraq Məkkə fəthində qadağan olunduğu qəbul edilməkdədir. Bu surə isə Məkkidir.
 Mutanı qanuni qəbul edən Şiə alimləri arasında da onunla əlaqəli ziddiyətli görüşlərin varlığı diqqət çəkicidir. Şiəliyin ən etibarlı hədis qaynağı qəbul edilən əl- Kafidə, ana- atasına utanç gətirəcəyi səbəbiylə bakirələrlə muta etməyi tövsiyə edilmədiyi rəvayəti yer almaqdadır. Digər vacib hədis qaynaqlarından ət-Təhzib və əl-İstibsar isə, imam Cəfərin “ Mömün qadınlara muta etməyin, çünki bu şəkildə onları alçaltmış olursunuz!” Xəbərdarlığını qeyd etməkdədir .
Şiələrin birinci imam qəbul etdikləri Hz.Əli əfəndimiz də mutanın haramlığını ifadə etmişdir. (Allah Kəlamı Qurani Kərim və Açıqlamalı Məalı. A.Ünal. Mömin surəsi sh:748-749)
     Mutanı Hz.Ömər ( ra) qadağan etmiş. Hz. Ömərin xəlifəliyi sırasında, mutanın hökmü üzərinə bəzi tərəddütlər olunca, Hz. Ömər, mutanın haram olduğunu elan etmiş və heç bir səhabə ona qarşı çıxmamışdır. O, xəlifə seçildiyi gün etdiyi çıxışda belə demişdir:” Rəsulullah (SƏV) bizə 3 dəfə muta etməyə icazə verdi, sonra bunu haram qıldı. Allaha and olsun ki, evli bir kimsənin muta etdiyini bilsəm, Rəsulullahın, mutanı haram bildikdən sonra, yenidən halal qıldığına dair mənə dört şahit gətirməsə, Onu daş-qalaq edərəm.”( İbn Macə)
    Bu hadislərdən yola çıxaraq mutanın nə qədər əxlaqa tərs bir hərəkət olduğunu görürük. Halbiki İslamda qadınlar dişiliyi ilə deyil, şəxsiyyəti ilə irəli plandadırlar. Muta qadının zərəri üzərinə inşa edilmiş, qadının ailə qurmasına bir əngəldir. Qadının bədənindən heyvani duyğularla insafsızca faydalanmaqdır. Mutada qadın zövcə deyil, kiralanmış bir qadın olaraq görülür. Muta nigahı qeyri-islami və qeyri insanidir.
Şərh əlavə et

Şərh yaz